Roland Kobiya: “Ramil məsələsi bizimçün bitib”- MÜSAHİBƏ, EKSKLÜZİV



Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobiya eksklüziv olaraq AzNews.az-ın suallarını cavablandırır:

- Siz film festivalında iştirak edirsiniz. Deməli, film dünyası ilə yaxından və ya uzaqdan əlaqəlisiniz. "Müsəlmanların məsumluğu" filmi ilə bağlı nə deyə bilərsiniz?

- Düz deyirsiniz, mən film sektoru ilə əlaqəliyəm, ancaq adını çəkdiyiniz filmə baxmamışam. Ona görə də, bu film barədə heç nə deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, dünyada söz azadlığı var. Burada əsas məsələ söz azadlığından düzgün istifadə etməkdir.

- Ümumiyyətlə, Azərbaycan filmlərinə baxmısınızmı?

- Xeyir. Hələ ki, vaxtım olmayıb, nə də imkan düşməyib. İmkan düşən kimi mütləq baxacağam.

- Qərbyönümlü Mixail Saakaşvili parlament seçkilərində uduzdu. Bu barədə nə deyə bilərsiniz?

- Mən Azərbaycanda səfirəm, Gürcüstanda yox. Ona görə də mən yalnız orada baş verən hadisələrə müşahidəçi kimi yanaşıram. Hər hansı münasibət bildirə bilməyəcəyəm. Mənim üçün önəmli ölkə Azərbaycandır və bütün fəaliyyətimi Azərbaycanla bağlamışam.

- Avropa Şurası Parlament Assableyasında Səfərovun məsələsi müzakirə olunmalıdır. Bu barədə nə deyə bilərsiniz?

- AŞPA-da indi nə baş verdiyini deyə bilmərəm. Biz Səfərovla bağlı öz mövqeyimizi açıqlamışıq. Bizim mövqeyimiz aydındır və bu fikirlər səsləndirilib. Hesab edirəm ki, bu məsələ artıq bitib.

Sadiq Musa
AzNews.az
image description image description