İlham Əliyevin Bolqarıstana rəsmi səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri martın 5-də başa çatıb.



Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Bolqarıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

AzNews.az