O, Strasburqdan Şimali Kıpr Türk Cumhuriyyətinə köçməyə hazırlaşır O, Strasburqdan Şimali Kıpr Türk Cumhuriyyətinə köçməyə hazırlaşır

Elşad Abdullayev Strasburqu tərk etməyə hazırlaşır

O, Strasburqdan Şimali Kıpr Türk Cumhuriyyətinə köçməyə hazırlaşır


AzNews.az-a daxil olan məlumata görə, bu məqsədlə Girnə şəhərinin ən görkəmli yerində triplex villa satın alan və evində bütün təmir işlərini başa çatdıran Elşad Abdullayevin hələ 2011-ci ildən Şimali Kipr vətəndaşlığını almaq üçün bu ölkənin Daxili İşlər Nazirliyinə müraciət etdiyi məlum olub.

ŞKTC DİN Elşad Abdullayevin vətəndaşlıqla bağlı müraciətini dəyərləndirmək üçün Azərbaycandakı əlaqədar strukturlara sorğu göndərib.

Şimali Kipr DİN-nın nümayəndəsi bildirib ki, Elşad Abdullayev vətəndaşlıq almaq üçün bir il əvvəl onlara müraciət edib: "Öyrəndik ki, bu şəxsin Azərbaycanda bir sıra hüquqi problemləri var. Bakı təmsilçiliyimiz vasitəsi ilə onun haqqında məlumat istədik. Lakin hələ də Azərbaycandan bu şəxslə bağlı hər hansı bir bilgi verilməyib. Azərbaycanda haqqında cinayət işi açılan şəxsə vətəndaşlıq verildikdə o eyni zamanda Türkiyə Cumhuriyyəti vətəndaşı da olacaq və Türkiyə pasportu alacaq. Ümid edirik ki, yaxın zamanda Azərbaycandan Elşad Abdullayevlə bağlı məlumat bizə veriləcək".

Mənbəmiz E.Abdullayevin aldığı villanın şəklini də göndərib.

Kənan Abbas
AzNews.az
image description