Məmuru güllələyən soydaşlarımız belə tutuldu - Kiyevdə (Video)

Ukraynada məmuru güllələyən azərbaycanlıların tutulması ilə bağlı video yayılıb.



AzNews.az xəbər verir ki, Kiyevin Bessarabsk bazarı yaxınlığında Ədliyyə Nazirliyinin yüksək vəzifəli məmurunu güllələyən azərbaycanlılar hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilib. Əməliyyat Kiyev şəhərində həyata keçirilib. Cinayətdə şübhəli bilinən həmyerlilərimizin ikisi avtomobilində saxlanılıb. Digəri isə şəhər restoranlarından birində oturarkən yaxalanıb.

Qeyd edək ki, üç Azərbaycan vətəndaşı adı açıqlanmayan məmuru "Fellini" restoranından çıxarkən təqib ediblər və onun maşınını atəşə tutublar. Sui-qəsddən sonra cinayətkarlar hadisə yerindən qaçıb gizlənməyə çalışsalar da sonradan yaxalanıblar. Onların avtomobilinə baxış zamanı 4 tapança və avtomat tapılıb. Cinayətkarların nazirlik əməkdaşına avtomatdan atəş açdığı bildirilir. Onların yaxalanması əməliyyatında "Alfa" xüsusi təyinatlı dəstəsinin döyüşçüləri iştirak edib.