- Köhnə - Siyasət
- 2 Aprel 2015 14:10
- 2 853
Müsavat və KXCP Milli Şuranın mitinqində iştirak etməyəcək
Müsavat Partiyası və Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Milli Şuranın aprelin 5-də keçirəcəyi mitinqə qatılmayacaq.
Müsavatın Divan üzvü Osman Kazımov APA-ya açıqlamasında partiyanın Milli Şuranın mitinqində iştirakla bağlı qərar vermədiyini bildirib. O qeyd edib ki, mitinqdə Müsavat üzvləri fərdi şəkildə qatıla bilərlər: "Bu məsələ partiya üzvlərinin öz ixtiyarına buraxılıb".
KXCP sədrinin müavini Xəzər Teyyublu da APA-ya açıqlamasında mitinqə qatılmayacaqlarını deyib: "Milli Şura mitinqlə bağlı KXCP-yə müraciət etməyib. Ona görə də bu məsələ partiyada müzakirə olunmayıb".
Qeyd edək ki, Milli Şura aprelin 5-də keçmiş "Məhsul" stadionunda qiymət artımına etiraz olaraq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirəcək.