Axtarış nəticəsində hələlik gizli saxlanılan dəlillər ortaya çıxıb Axtarış nəticəsində hələlik gizli saxlanılan dəlillər ortaya çıxıb

Gülər Əhmədovanın mənzilində axtarış aparıldı -EKSKLÜZİV

Axtarış nəticəsində hələlik gizli saxlanılan dəlillər ortaya çıxıb



Gülər Əhmədova olayı ilə bağlı daha bir maraqlı məlumat ortaya çıxıb. AzNews.az-a daxil olan və hələlik dəqiqləşdirə bilmədiyimiz məlumata görə, bir neçə gün əvvəl sabiq millət vəkili Gülər Əhmədovanın mənzilində axtarış aparılıb.

Xəbərdə qeyd olunur ki, ABU-nun rektoru Elşad Abdulleyevin qalmaqallı rüşvət videosu yayımlanandan bir neçə gün sonra hüquq-mühafizə orqanları əməkdaşları yoxlama aparmaq üçün Gülər Əhmədovanın mənzilində və ofisində olublar. O, ilk öncə axtarışın aparılmasına etiraz edib.

Axtarışı həyata keçirənlərlə sabiq millət vəkili arasında bəzi xoşagəlməz anların da yaşandığı deyilir. Sonra G. Əhmədovaya onun daha millət vəkil olmadığını və prokuror sanksiyası ilə aparılan axtarışa maneə olduğuna görə həbs oluna biləcəyini başa salıblar.

Yalnız bundan sonra axtarış tədbirləri rahat şəkildə həyata keçirilib. Axtarışın hansı məqsədlə aparıldığı barədə hələlik dəqiq məlumat verilməsə də, bəzi lazımlı sübutların götürülməsi də istisna edilmir.

AzNews.az