Atəşkəs yenə pozuldu

Ermənistan silahlıları cəbhənin Ağdam, Füzuli və Daşkəsən istiqamətlərində atəşkəsi pozublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında, Füzuli və Daşkəsən rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az