Heydər Əliyev mərkəzində konfrans keçirildi - Fotolar

Lənkəranda Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Lənkəran şəhər Təşkilatı mərhum prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş konfrans keçirib.


Konfransa Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Nəsimi Məmmədov və partiya fəalları qatılıblar.

Tədbiri giriş sözü ilə açan YAP Lənkəran şəhər Təşkilatının sədri İlqar Dadaşov birgə tədbirlər planına əsasən rayonun bütün idarə, müəssisə, təşkilatlarında, universitet, kollec və orta ümumtəhsil məktəblərində Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirildiyini bildirib: "XX əsrin 60-ci illərinin sonlarından başlayaraq 35 ilədək bir müddətdə mərhum prezidentin rəhbərliyi ilə xalqımız ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində böyük dirçəlişə nail olub. Ölkə iqtisadiyyatının sürətli inkişaf strategiyasını gerçəkləşdirən H.Əliyev Azərbaycanı tarixin sərt sınaqlarından inamla çıxarıb".

İlqar Dadaşov daha sonra ötən əsrin 70-80-ci illərində rayona etdiyi tarixi səfərlərindən söz açıb.

Sonra YAP Lənkəran şəhər təşkilatının sədr müavini Əlimərdan Əliyev çıxışında bildirib ki, Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri var.

Konfransda partiya fəallarından Mamusta kənd sahə xəstəxanasının baş həkimi Şakir Qasımov, YAP Təhsil şöbəsi ərazi ilk partiya təşkilatının sədri Güloğlan Bağırov və başqaları çıxış ediblər.
image description image description image description