Arif Hacılı: “Sərdar Cəlaloğlu belə düşünə bilər” Arif Hacılı: “Sərdar Cəlaloğlu belə düşünə bilər”

Müsavatdan Sərdar Cəlaloğluna cavab

Arif Hacılı: “Sərdar Cəlaloğlu belə düşünə bilər”



Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu mətbuata müsahibəsində deyib ki, İctimai Palata 2013-cü il prezident seçkilərində iştirak etməyəcək. Çünki orada olan partiyalar vahid namizəd məsələsində razılığa gələ bilmirlər: "İP-də vahid namizəd olmadığından 2015-ci ilə hesablanan siyasət aparılır. Əgər onlar namizəd verə bilməsələr, razılaşma olmasa, demək ya İctimai Palata seçkidə iştirak etməməlidir, ya da dağılmalıdır".

Müsavat Partiyasından verilən cavabda isə bu fikirlərin tam əksini göstərilir. Partiyanın başqan müavini Arif Hacılı AzNews.az-a ADP sədrinin fikirlərini şərh edərkən deyib: "Sərdar Cəlaloğlu müstəqil siyasi təşkilatın rəhbəridir. Öz seçimini etməkdə azaddır. Yəqin, o, belə düşünür. Biz belə hesab etmirik".

A.Hacılı qeyd edib ki, İctimai Palatada Azərbaycan cəmiyyətinə aid olan ən aktual məsələlər müzakirə olunur: "İP 2013-cü prezident seçkilərində iştirak etmək əzmindədir. Eyni zamanda ölkədə söz-ifadə, sərbəst toplaşmaq azadlığı və başqa fundamental haqların təmin edilməsi istiqamətində fəaliyyət göstərən əsas qurum hər halda İctimai Palatadır. Azərbaycanın aparıcı siyasi partiyalarını, nüfuzlu ziyalılarını, ictimai xadimlərini birləşdirən bu qurum Azərbaycanda siyasi mərkəz kimi qəbul olunmaqdadır. Yaxın günlərdə vahid seçki platformasının yaradılması məqsədilə işçi qrup yaradılıb".

İlkin Pirəli
AzNews.az