“Artıq şəhərdəki tarixi ağaclar da kəsilir” “Artıq şəhərdəki tarixi ağaclar da kəsilir”

Xankəndi xarabalığa çevirilir

“Artıq şəhərdəki tarixi ağaclar da kəsilir”



"Xankəndidə yaşıllıqların qırılması geniş vüsət alıb. Belə davam edərsə Xankəndi yaxın zamanda "daş şəhərə" çevriləcək". Bu barədə məlumat verən erməni mətbuatı yazır ki, şəhərdə yaşından və görünüşündən asılı olmayaraq, ağacların kəsilməsi ənənə halını alıb: "Artıq şəhərdəki tarixi ağaclar da kəsilir".

Məlumata görə, qondarma rejimin "ətraf mühiti mühafizə idarəsi" ağacların kəsilməsinə heç bir reaksiya vermir. Bu idarəyə Vazgen Mikaelyan "rəhbər" təyin olunduqdan sonra "ağac qətliamı" daha da geniş vüsət alıb.

Qeyd edək ki, Azərbaycan mətbuatı da dəfələrlə işğal olunmuş ərazilərdə ağacların kəsilərək, xarici ölkələrə, xüsusən də İrana mebel istehsalı üçün satıldığına dair məlumatlar yer alıb.

Elnarə Əlosmanqızı
AzNews.az