Səbəb PKK liderinin həbsidir Səbəb PKK liderinin həbsidir

PKK Fransanı təhdid etdi

Səbəb PKK liderinin həbsidir



PKK Fransanı təhdid edib. AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb PKK liderlərindən biri Adəm Uzunun Fransada həbs edilməsidir. Məsələ ilə bağlı Azad Kürdistan Hərəkatı bəyanat yayıb. Bəyanatda deyilir: "Kürd lideri Adəm Uzun azad edilməyincə, biz Fransa maraqlarına zərbə vuracağıq".

Qeyd edək ki, PKK liderlərindən biri Adəm Uzun bir həftə öncə daha bir silahdaşı ilə bərabər Fransa polisi tərəfindən saxlanılıb. Onun məhz hansı səbəbdən saxlanılması ilə bağlı hər hansı məlumat verilmir.

Sadiq Musa
AzNews.az