Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüblər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüblər.

Prezident və xanımı İSESCO-nun baş direktoru ilə görüşdü

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüblər.


Görüşdə Azərbaycan ilə ISESCO arasında əməkdaşlığın hazırki səviyyəsindən məmnunluq ifadə edilib, Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xalqlar və mədəniyyətlərarası dialoqun inkişafı baxımından əhəmiyyəti yüksək qiymətləndirilib. Bakının artıq mühüm məsələlərin müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən məkana çevrilməsinin əhəmiyyəti vurğulandı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi bildirilib.

Söhbət zamanı Azərbaycan ilə ISESCO arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.