İlham Əliyevə təbrik məktubu göndərildi - Respublika Günü münasibətilə

Avstraliya İttifaqının General-qubernatoru Piter Kosqroyv Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.


AzNews.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri,
28 May - Respublika Günü münasibətilə Avstraliya hökumətinin və xalqının adından, şəxsən öz adımdan ən xoş arzularımı Azərbaycan hökumətinə və xalqına çatdırmaq istərdim.

Avstraliya ilə Azərbaycan arasında ticarət və sərmayə sahələrində artan imkanlarla bərabər, sıx ikitərəfli əlaqələr mövcuddur. Mayın əvvəlində Bakıda keçirilən Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının toplantısı ilə əlaqədar Avstraliya parlamentinin üzvü, maliyyə nazirinin parlament üzrə katibi Maykl Makkormakın Azərbaycana səfəri ölkələrimiz arasında ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün bir addım idi.

Bu ilin iyun ayında Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq və tikinti işlərinə Avstraliya şirkətlərinin cəlb edilməsindən olduqca məmnunuq. Azərbaycana Avropa Oyunlarına ev sahibliyi işində uğurlar, həmçinin qarşıdan gələn demokratik parlament seçkilərində uğurlar arzu edirəm.

Zati aliləri, icazə verin ölkələrimiz arasındakı dostluq münasibətlərinin növbəti illərdə də inkişaf edəcəyinə inamımı ifadə edim".