- Köhnə - Siyasət
- 21 May 2015 15:01
- 2 598
II Elizabet İlham Əliyevi təbrik etdi
![](https://www.aznews.az/storage/photos/queen-elizabeth-iied.jpg)
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.
AzNews.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Sizə və Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq arzu edirəm.
Zati-alilinizə hörmət və ehtiramla".