Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bu ölkənin Senatında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilmiş dinləmələrdə iştirak edib. Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bu ölkənin Senatında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilmiş dinləmələrdə iştirak edib.

Qarabağ münaqişəsi İtaliya Senatında

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bu ölkənin Senatında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilmiş dinləmələrdə iştirak edib.


AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, ATƏT-in Parlament Assambleyasında İtaliya nümayəndə heyətinin rəhbəri senator Paolo Romani və digər üzvlərin təşəbbüsü ilə keçirilmiş tədbirdə V.Sadıqov münaqişənin tarixi, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğalı, bir milyona yaxın qaçqın və məcburi köçkünü taleyi, Xocalıda törədilmiş soyqırımı, münaqişənin həlli istiqamətində aparılmış danışıqlar prosesi və Azərbaycanın mövqeyi haqqında məlumat verib.

Vurğulayıb ki, bir çox nüfuzlu beynəlxalq təşkilatların münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair sənədləri mövcud olsa da, problem indiyədək öz həllini tapmayıb.

Səfir ölkəmizin BMT Nizamnaməsinin və Helsinki Yekun Aktının məqsəd və prinsiplərinə sadiq olduğunu bildirib. Qeyd edib ki, münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, ATƏT-in sənəd və qərarlarına uyğun həlli zəruridir.

Sonda İtaliya nümayəndə heyətinin üzvlərini maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb