həbs ABŞ-ın sorğusu əsasında həyata keçirilib həbs ABŞ-ın sorğusu əsasında həyata keçirilib

Prezidentin oğlu həbs edildi

həbs ABŞ-ın sorğusu əsasında həyata keçirilib



Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiyevin kiçik oğlu Maksim Bakiyev Londonda həbs edilib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, həbs Amerika və Qırğızıstanın birgə sorğusu əsasında həyata keçirilib.

Ancaq prezident oğlunun Qırğızıstana ekstradisiyası ilə bağlı problemlər yaranıb. Belə ki, iki ölkə arasında ekstradisiya haqqında müqavilə olmadığından Maksim Bakiyevin ilk öncə ABŞ-a daha sonra isə Qırğızıstana ekstradisiyası nəzərdə tutulur.

Qeyd edək ki, sabiq prezidentin oğlu ölkəni 2010-cu ildə tərk edib. O, maliyyə fırıldaqçılığında və korrupsiyada ittiham olunur.

Sadiq Musa
AzNews.az