Bakıda növbəti metro ŞOKU

Qatar “Ulduz” stansiyasında tuneldə qalıb



Bu gün saat 8.45 radələrində Bakı Metropoliteninin Koroğlu-Nərimanov istiqamətində hərəkət edən qatarı "Ulduz" stansiyasının tunelində qalıb.

AzNews.az-ın hadisə yerində olan əməkdaşı bildirib ki, qatar 20 dəqiqə ərzində tuneldə gözləməyə məcbur olub. Bu isə sərnişinlərdə narahatlıqla bərabər qorxu hissinin yaranmasına də səbəb olub.

Hadisənin səbəbləri açıqlanmasa da, ilkin məlumatlara görə qarşıda hərəkət edən qatarda yaranan texniki problem növbəti qatarın hərəkətini dayandırıb. Nəhayət 09.08 radələrində qatarın hərəkəti bərpa olunub.

Elnarə Əlosmanqızı
AzNews.az