İrana tətbiq olunan sanksiyalar öz müsbət təsirini göstərib İrana tətbiq olunan sanksiyalar öz müsbət təsirini göstərib

Erik Rubin: “Artıq İran danışıqlara gəlmək istəyir”

İrana tətbiq olunan sanksiyalar öz müsbət təsirini göstərib



Ermənilərin Xocalıda bu yaxınlarda istifadəyə vermək istədiyi aeroportla bağlı məsələ diplomatik yolla həll edilməlidir. AzNews.az-un məlumatına görə, bu fikirləri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin bu gün keçirdiyi mətbuat konfransında söyləyib.

Diplomat bu məsələ ilə bağlı ABŞ-ın mövqeyinin ATƏT-in Minsk qrupu ilə eyni olduğunu söyləyib. İranın nüvə məsələsinə də toxunan E.Rubin qeyd edib ki, Azərbaycan İranın nüvə silahı əldə etməsi məsələsilə bağlı beynəlxalq ictimaiyyətə mühüm töhfə verir: "Biz Azərbaycanın bu istiqamətdə səylərini yüksək qiymətləndiririk. Prezident Barak Obamanın da dediyi kimi, İrana tətbiq olunan sanksiyalar öz müsbət təsirini göstərib. Artıq İran danışıqlara gəlmək istəyir".

Vasif Həsənli
AzNews.az