Bu gün bir qrup gənc, QHT nümayəndələri Avropa İttifaqının (Aİ) Bakıdakı ofisi qarşısında etiraz aksiyası keçiriblər. Bu gün bir qrup gənc, QHT nümayəndələri Avropa İttifaqının (Aİ) Bakıdakı ofisi qarşısında etiraz aksiyası keçiriblər.

Avropa İttifaqının Bakıdakı ofisi qarşısında etiraz aksiyası keçirildi - FOTOLAR

Bu gün bir qrup gənc, QHT nümayəndələri Avropa İttifaqının (Aİ) Bakıdakı ofisi qarşısında etiraz aksiyası keçiriblər.


AzNews.az APA-ya istinadən xəbər verir ki, aksiya iştirakçıları Aİ-nin Azərbaycana qarşı mövqeyinin qərəzli olduğunu vurğulayıb, aparılan siyasətə etiraz ediblər.

Bu qurumu ikili standartlardan əl çəkməyə çağırıblar.

Aksiya iştirakçıları əllərində "Avropa İttifaqına ar olsun!", "Azərbaycandan əl çəkin!", "Vətəndaş cəmiyyəti ikili standartlara "yox" deyir!", "İdmanı siyasiləşdirməyin!", "Üzdə dost, arxada düşmən olmayın!" və başqa şüarlar yazılan plakatlar qaldırıblar.

İştirakçılar Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrin keçirilməsinə etiraz ediblər. Onlar Aİ-ni Azərbaycandakı bir milyon qaçqın və məcburi köçkünün Ermənistan tərəfindən pozulan hüquqlarını tanımağa, pozulan haqlarını müdafiə etməyə çağırıblar.

Daha sonra aksiyanın qətnaməsi oxunub. Qətnamə Aİ nümayəndəliyinə təqdim edilib.

Polisin müdaxiləsi ilə aksiyanın qarşısı alınıb.
image description image description