- Köhnə - Siyasət
 - 16 Oktyabr 2012 04:10
 - 3 888
 
"Suriya təyyarəsindəki yük hərbi təyinatlıdır"
            Yükün radarlar və başqa nəsə üçün göndərildiyi barədə məlumatların əsası yoxdur. Əslində, radar komponentləri də hərbi məqsədlər üçün istifadə olunur", deyə baş nazir bildirib. O yük barədə daha ətraflı məlumatı açıqlamağın hələ tez olduğunu əlavə edib.
Xatırladaq ki, oktyabrın 10-da Moskvadan Dəməşqə uçan sərnişin təyyarəsi Ankarada yerə endirilmiş və təyyarədə 7 saat axtarış aparılmışdı. Türkiyə rəsmiləri axtarış nəticəsində təyyarədə Rusiya şirkətindən Suriya müdafiə nazirliyinə göndərilən hərbi təyinatlı yükün aşkar edilib götürüldüyünü bildirmişdilər.
AzNews.az