Azərbaycanın “anti-İran” silahı Cenifer Lopez - “Washington Post”

Türkiyənin "Hürriyət" qəzeti Amerikanın məşhur "Washington Post" qəzetində Azərbaycanla bağlı dərc olunan yazını oxucuların diqqətinə çatdırıb. "Azərbaycan özünü dünyaya "anti-İran" olaraq tanıtmağa başlayıb. Bu savaşın son silahı isə Cenifer Lopezdir" deyə "Washington Post" vurğulayıb.

Qəzet yazır ki, 30 min insanın izlədiyi Lopez azərbaycanlıları heyrətləndirərkən Xəzərin digər tərəfindəki ayətullahları əsəbləşdirib. Lopezin konsertinə qatılan bir yetkili isə "İranlıların əsəbini hiss edirik. Belə şeylər onları dəli edir" deyib. Qəzet Azərbaycanın laik, qərbyönümlü bir ölkə olaraq anti-İran mövqeyini sərgilədiyini yazaraq "Azərbaycan İranın olmadığı her şeyə çevrilir" deyə vurğulayıb.

ABŞ-ın keçmiş səfiri Metyu Brayzanın fikrincə, Azərbaycan İran rejiminin uzun vədəli varlığına yönəlik ən ciddi təhdidlərdən biridir.

"Azərbaycan iqtisadi cəhətdən daha da güclənir, Avro-Atlantik ölkələri ilə əlaqələri genişlənir. Eyni zamanda İran rejimi də günbəgün zəifləyir" deyə keçmiş səfir bildirib.

Adının açıqlanmasını istəməyən bir qərbli diplomat isə "Washington Post"a açıqlamasında "İranlılar öz siyasətləri nəticəsində küncə sıxışdırıldıqları bir zamanda Azərbaycanın yüksəlməkdə olan bir oyunçu olduğunu görürlər. Yeni səfirliklər açılır, Azərbaycana xarici investisiya axır. Azərbaycan qazanır, İran isə itirir" deyə vurğulayıb.

Alpər
AzNews.az