“Nə Barak Obama, nə Mitt Romni ABŞ-dakı erməni diasporunun dəstəyinə layiq namizədlər deyil” “Nə Barak Obama, nə Mitt Romni ABŞ-dakı erməni diasporunun dəstəyinə layiq namizədlər deyil”

Erməni diasporu Obama və Romniyə dəstək verməyəcək

“Nə Barak Obama, nə Mitt Romni ABŞ-dakı erməni diasporunun dəstəyinə layiq namizədlər deyil”



Amerika Erməni Milli Komitəsi bəyan edib ki, noyabrın 6-da keçiriləcək prezident seçkilərində nə hazırkı prezident Barak Obama, nə prezidentliyə namizəd Mitt Romni erməni diasporunun rəsmi dəstəyinə ümid edə bilməzlər. APA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, diasporun seçkilərdə tutacağı mövqeni ANCA rəhbəri Ken Xaçikyan açıqlayıb.

"Nə erməni məsələsinə dair verdiyi çoxsaylı vədləri yerinə yetirməmiş Barak Obama, nə Massaçusets qubernatoru olduğu dövrdə ermənilər narahat edən məsələlərə vaxt ayırmayan Mitt Romni ABŞ-dakı erməni diasporunun etimadını qazana bilməyiblər. Kiçik bir tərəqqi əldə olunmasına rəğmən, ABŞ-da erməni məsələsi hələ də Türkiyə və Azərbaycan məmurları tərəfindən diktə siyasətinin girovu olaraq qalır. Biz konstruktiv dialoq üçün açıq olsaq da, bu dəfə seçkilərdə namizədlərdən heç birini müdafiə etməyəcəyik".

AzNews.az