Millət vəkili: “Bu, cəza deyil”

“Qanunu pozma, cərimə də olunma”



"Sərbəst toplaşmaq azadlığı" haqqında qanun sərbəst toplaşma ilə bağlı normaları müəyyən edir. Burada siyasi partiyalar, təşkilatlar müəyyən mənada məsuliyyət daşıyırlar. Çünki qanunsuz tədbirlər keçirilərsə, ətraf mühitə ziyan dəyə bilər"

Bu sözləri AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, bəzi qüvvələr "Sərbəst toplaşmaq azadlığı" haqqında qanuna zidd olaraq, tədbirlər keçirməyə cəhd edir.

Bu qüvvələr qanunu pozur: "Sərbəst toplaşmaq azadlığı" haqqında qanunun pozulmasına görə İnzibat Xətalar Məcəlləsində müəyyən müddəalar, cərimələr var. Bu cərimələrin artırılması ilə bağlı təkliflər olarsa, bunu dəstəkləyəcəm. Hesab edirəm ki, belə olarsa, qanunu pozanların məsuliyyəti daha da artacaq".

M.Qurbanlı qeyd edib ki, partiyalar "Sərbəst toplaşmaq haqqında" qanuna əməl edəcəklərsə, onları bu cür cərimələr gözləmir: "Bu, qanuna tabe olmayanlara aiddir. Qanunu pozma, cərimə də olunma. Pozubsansa, cərimə olunmalısan. Cərimənin yüksəkliyi qanunun pozulmasının qarşısını alır. Bu cəza deyil, önləyici bir addımdır".

İlkin Pirəli
AzNews.az