İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına işgüzar səfəri bu gün başa çatıb.


AzNews.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Milan Expo 2015" Beynəlxalq sərgisində Azərbaycan pavilyonunun açılışında iştirak etmək üçün iyulun 8-də İtaliya Respublikasına işgüzar səfərdə olub.

Səfər çərçivəsində İlham Əliyev İtaliya Respublikasının Baş naziri Matteo Renzi və İtaliya Respublikasının Prezidenti Sergio Mattarella ilə görüşü olub.