"Azərbaycan və İran işçilərin rifahı, əlillərin müalicəsi və reabilitasiyası, insan resurslarının inkişaf etdirilməsi, qocalara qayğı, valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı, narkotiklə mübarizə və iş yerlərinin yaradılması sahələrində əməkdaşlığı genişləndirirlər". "Azərbaycan və İran işçilərin rifahı, əlillərin müalicəsi və reabilitasiyası, insan resurslarının inkişaf etdirilməsi, qocalara qayğı, valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı, narkotiklə mübarizə və iş yerlərinin yaradılması sahələrində əməkdaşlığı genişləndirirlər".

Səlim Müslümov İrana dəvət olunub

"Azərbaycan və İran işçilərin rifahı, əlillərin müalicəsi və reabilitasiyası, insan resurslarının inkişaf etdirilməsi, qocalara qayğı, valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı, narkotiklə mübarizə və iş yerlərinin yaradılması sahələrində əməkdaşlığı genişləndirirlər".



AzNews.az xəbər verir ki, İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bu gün Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla görüşündə deyib.

Məlumatda bildirilir ki, səfir M.Pakayin görüşdə İran İslam Respublikasının əmək, kooperasiya və sosial təminat naziri Əli Rəbiinin dəvətini S.Müslümova təqdim edib. Ə.Rəbii S.Müslümovu sentyabrın sonlarında İrana səfərə dəvət edib.

Görüşdə S.Müslümov qeyd olunan tarixdə İrana səfər edəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, İranın əmək, kooperasiya və sosial təminat naziri Ə.Rəbii cari ilin aprel ayında Azərbaycana səfər etmişdi.