- Köhnə - Siyasət
- 22 İyul 2015 09:57
- 2 913
Donald Tuskun rəsmi qarşılanma mərasimi oldu

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iyulun 22-də rəsmi qarşılanma mərasimi olub.
AzNews.az Trend-ə istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.