XİN başçısı Almaniyada rəsmi səfərdədir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətinin Almaniyaya rəsmi səfəri başlayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a daxil olan məlumatda bildirilir ki, səfər çərçivəsində Elmar Məmmədyarov Almaniyanın xarici işlər naziri Qido Vestervelle ilə görüşü ilə yanaşı, mətbuat nümayəndələri ilə də təmasda olacaq.

Bu ölkənin nüfuzlu KİV-lərinə müsahibəsi nəzərdə tunulan XİN rəhbərinin Xarici Siyasət Məsələləri üzrə Alman Cəmiyyətində çıxışı da planlaşdırılıb.

Gültəkin
AzNews.az