Sabahkı mitinqin qarşısı alınacaq - BŞBPİ

"Qanunsuz keçirilən aksiyaya yol verilməyəcək". Bu barədə AzNews.az-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) sözçüsü Qalib Rəhimli məlumat verib.

O qeyd edib ki, şəhər rəhbərliyi ilə razılaşdırılmamış mitinqlərin qarşısı alınacaq: "İcazəsiz keçirilən aksiyaya yol verməyəcəyik. Sabah "Fəvvarələr Meydanı"da keçirilən mitinqin də qarşısı alınacaq".

Q.Rəhimli bildirib ki, aksiyada 2000 nəfər işrirak edə bilməz: "Müxalifət aksiyaçıların sayını 2000 nəfər deyirsə, bunu 20 nəfər hesablayın. Ona görə də buna uyğun polis əməkdaşları əraziyə cəlb ediləcək".

İlkin Pirəli
AzNews.az