Prezident “Conoco Philips” şirkətinin rəhbəri ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev "Conoco Philips" şirkətinin prezidenti Ryan Lansın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzNews.az-ın məlumatına görə, görüşdə R.Lans Azərbaycanda xarici sərmayədarlar üçün əlverişli mühitin yaradıldığını, enerji ilə bağlı əməkdaşlıq sahəsində ölkəmizdə şəffaflığın olduğunu vurğulayıb. Dövlət başçısı Azərbaycanın uzun illər dünyanın bir çox nüfuzlu enerji şirkətləri ilə uğurlu əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Azərbaycan ilə "Conoco Philips" şirkəti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İlkin Pirəli
AzNews.az