Vasif Talıbovdan seçki sərəncamı

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.


AzNews.az Report-a istinadən xəbər verir ki, sərəncamla Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 2015-ci il noyabrın 1-nə təyin edilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Milli Məclisə seçkilər 2015-ci il noyabrın 1-nə təyin olunub.