Respublikaçı Alternativ Hərəkatı (REAL) 1 noyabr parlament seçkiləri ilə bağlı namizədlərini müəyyənləşdirib. Respublikaçı Alternativ Hərəkatı (REAL) 1 noyabr parlament seçkiləri ilə bağlı namizədlərini müəyyənləşdirib.

Real-ın siyahısı müəyyənləşdi - 17 namizəd

Respublikaçı Alternativ Hərəkatı (REAL) 1 noyabr parlament seçkiləri ilə bağlı namizədlərini müəyyənləşdirib.


AzNews.az xəbər verir ki, hərəkat seçkilərə 17 namizədlə qatılacaq.

Hərəkatın icra katibi Natiq Cəfərli bu gün keçirdikləri mətbuat konfransında bildirib ki, onların əsas məqsədi seçkilərdə iştirak etmək və bu fürsətdən istifadə edərək insanlarla təmas qurub ölkədəki problemləri cəmiyyətin diqqətinə çatdırmaqdır.

AzNews.az REAL-ın siyahısını təqdim edir:


1. Natiq Cəfərli – 12 saylı Qaradağ Seçki Dairəsi

2. Erkin Qədirli – 16 saylı Yasamal Seçki Dairəsi

3. Xalid Bağırov – 24 saylı Nizami Seçki Dairəsi

4. Azər Qasımlı - 23 saylı Nəsimi Seçki Dairəsi

5. Zöhrab İsmayıl – 8 saylı Binəqədi Birinci Seçki Dairəsi

6. Cəsur Məmmədov - 27 saylı Sabunçu Seçki Dairəsi

7. Vəfa Rüstəm – 15 saylı Yasamal Birinci Seçki Dairəsi

8. Mübariz Rəhimli - 19 saylı Nərimanov Birinci Seçki Dairəsi

9. Şadiman İsmayılov - 14 saylı Xəzər Seçki Dairəsi

10. Hafiz Babalı – 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi

11. Ramil Süleymanov – 41 saylı Sumqayıt Birinci Seçki Dairəsi

12. Kənan Məkanlı - 43 saylı Sumqayıt Üçünçü Seçki Dairəsi

13. Rafiq Muradov – 107 saylı Qazax Seçki Dairəsi

14. Hacıbala Bayramov - 52 saylı Quba Seçki Dairəsi

15. Azay Vəlixanov - 56 saylı Xaçmaz Kənd Seçki Dairəsi

16. Əlayif Həsənov – 92 saylı Zərdab–Ucar Seçki Dairəsi

17. Mikayıl Talıbov - 77 saylı Astara Seçki Dairəsi

Onu da bildirək ki, REAL "D-18" Hərəkatının sədri Ruslan İzzətlinin 33 saylı Xətai Birinci Seçki Dairəsindən namizədliyini dəstəkləyəcək.

REAL Hərəkatının Hazırda həbsdə olan sədri İlqar Məmmədovun namizədliyi isə irəli sürülməyib.

Sevinc Yasinqızı
AzNews.az