- Köhnə - Siyasət
- 10 Sentyabr 2015 23:09
- 4 923
İlham Əliyev Qazaxıstanda - İşgüzar səfərdə (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitində iştirak etmək üçün sentyabrın 10-da Qazaxıstan Respublikasına işgüzar səfərə gəlib.
Azərbaycanın və Qazaxıstanın dövlət bayraqlarının dalğalandığı Astana şəhərinin hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.


