- Köhnə - Siyasət
- 22 Oktyabr 2012 08:33
- 3 269
ANS: “Nisə xanım güllələyəcək bizi?”
M.Məmmədovun fikrincə, N.Qasımova mətbuat konfransı keçirməkdə tələsib: "Nisə xanımı başa düşə bilmirəm. O, bizim işçi olub, özünü də yaxşı tanıyıram. Ona tək mənim deyil, bütün ANS-in böyük hörməti var. Rəhbərlik həmişə ona dəstək verib. Amma o, neyləyib? Mətbuat konfransı, hay-küy, iki gün vaxt, nə bilim bu kimi şeylər…Güllələyəcək bizi?
Mətbuatdır, cürbəcür şeylər olur. Xəbəri düz vermirlər, onda bunları asaq? Araşdırarıq, baxarıq. Birdən bu araşdırma iki gün deyil, 5 gün oldu, onda nə olacaq? Deyir, Mir Şahinə zəng etmişəm. Bəlkə Mir Şahinin işi olub? Bir də ki, bu şirkətdə Mir Şahindən başqa adam yoxdur? O, cavab verməyib, mənə zəng edəydin. Yoxsa, bizimlə danışmadan bunu çıxarıbsan mətbuata…"
Bahar Rüstəmli
AzNews.az