“Onlar istəyirlər ki, Azərbaycanda da eynicinslilərin nikahı olsun”. “Onlar istəyirlər ki, Azərbaycanda da eynicinslilərin nikahı olsun”.

“İstəyirlər ki, bizdə də eynicinslilərin nikahı olsun” – Millət vəkili

“Onlar istəyirlər ki, Azərbaycanda da eynicinslilərin nikahı olsun”.


AzNews.az xəbər verir ki, bu fikirləri millət vəkili Adil Əliyev Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi son qətnaməni şərh edərkən deyib. O, qətnamədə Azərbaycanla diqtə dili ilə danışılmasının doğru olmadığını bildirib: "Görəsən Azərbaycana qarşı bu qədər qərəzin arxasında nə dayanır ? Qətnamədə mənim xoşuma gəlməyən odur ki, onlar Azərbaycanla diktə formasında danışır, "təcili", "dərhal" kimi ifadələr işlədirlər. Onlar istəyirlər ki, Azərbaycanda da eynicinslilərin nikahı olsun. Bizim öz adət-ənənəmiz var. Şərəfini itirmiş bəzi avropalılar, biz heç vaxt siz olmayacağıq".

Məlumat üçün bildirək ki, bu gün Milli Məclisin növbədənkənar iclası keçirilib. İclasda millət vəkilləri Avropa Parlamentinin Azərbaycandakı seçkilərlə bağlı qəbul etdiyi qətnaməni tənqid edib.

Nigar
AzNews.az