İraq, Suriya və Yəməndəki hakimiyyət boşluğundan istifadə edilərək, bu ölkələrin ərazi bütövlüyü pozulub və çeşidli ad altında qurumlar ortaya çıxıb. İraq, Suriya və Yəməndəki hakimiyyət boşluğundan istifadə edilərək, bu ölkələrin ərazi bütövlüyü pozulub və çeşidli ad altında qurumlar ortaya çıxıb.

Türkiyədə vətəndaş qarşıdurması yaratmaq cəhdləri - ŞƏRH

İraq, Suriya və Yəməndəki hakimiyyət boşluğundan istifadə edilərək, bu ölkələrin ərazi bütövlüyü pozulub və çeşidli ad altında qurumlar ortaya çıxıb.


Hazırda terrorçu PKK kimi qruplaşmalar adı altında da Türkiyədə qarışıqlıq yaratmağa, ölkənin bir hissəsini nəzarətdən çıxarmağa səy göstərilir. Hər halda bütün faktlar bunu göstərir və heç bir şübhə doğurmur.

Bu azmış kimi Türkiyədə etnik zəmində iğtişaşlar yaratmağa və ya bunu təşkil etməyə çalışırlar.

Ötən həftə ölkənin müxtəlif şəhərlərində keçirilən "Terrora lənət!" yürüşündə xoşagəlməz hadisələr də yaşanıb. Bu aksiyada iştirak edən iki nəfərdən Atatürkün şəkli çəkilmiş portret və Türkiyə bayraqları daşıyan avtomobillərdən birindən terrorçu PKK və İŞİD-ə aid vəsiqə, ov tüfəngi, tapança, fişəng, çoxlu sayda mobil danışıq və komputerin yaddaş kartları aşkarlanıb. 19 yaşlı sürücü Barkın Parın, onun yanındakı isə 18 yaşlı Aslı Ç. adlı PKK-çı müəyyənləşib.

Hər halda bu istiqamətdə istintaqın getdiyi bildirilir, nəticələrin də yaxın zamanlarda açıqlanacağı istisna edilmir.

İlkin araşdırmaya əsasən, onlar aksiyanın keçirildiyi ərazidə qarşıdurma yaratmaq istəyirmişlər.

Hər iki şübhəli barəsində Cinayət Məcəlləsinin terror təşkilatına üzv olmaq, terrorçuluq təbliğatı aparmaq, milli zəmində iğtişaş yaratmaq və bu yöndə təliğat aparmaq maddələri ilə cinayət işi açılıb.

Türkiyənin Kırşehirindəki yürüş nəticəsində dükanı yandırılaraq, dağıdılan sahibkarın öz mağazasının qarşısına yazıb, vurduğu plakat ölkədə milli zəmində iğtişaş salıb, aranı qarışdırmaq istəyənlərə tutarlı cavablardan biri sayıla da bilər: "Mağazamıza basqını Kirşəhir əhalisi deyil, şəhərimizə xaricdən gələn və ölkəmizi iç savaşa sürükləyən təxribatçılar edib".

Plakatda yazılıb ki, baş verən pozuculuq işləri türk-kürd qardaşlığına qarşı törədilən hərəkətdir: "Biz bundan sonra da qardaşca yaşamağı davam etdirəcəyik".

Plakatda baş verənlərin həm də savadsızlıqdan və təbliğatın zəif getdiyi üzündən baş verdiyi vurğulanıb.

Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli də iğtişaşları pisləyərək, Türkiyədə etnik zəmində problem yaratmaq istəyənləri sərt şəkildə qınayıb.

Heç şübhəsiz, son aylarda Türkiyədə yaşanan hadisələri törədənlərin əsas məqsədi türk-kürd qarşıdurması yaratmaq və nəticədə kürdlərin bu ölkədə türklərlə bir yerdə yaşamağının mümkün olmadığı iddiasını ortaya atmaqdır.

"Milli zəmində" qarşıdurmanın nə olduğunu azərbaycanlılar yaxşı bilir və bu acı hadisələr Azərnbaycanda 110 il öncə yaşanıb. 1905-ci ölkədə türk-erməni qarşıdurmasını salanların arxasında "atan kazaklar" dururdu (Cəfər Cabbarlının "1905-ci ilə" pyesində deyilənləri xatırlatmaq kifayətdir). Sonrakı dönəmlərdə bu proses Azərbaycan torpaqlarında Ermənistan adlı dövlətin yaradılması ilə nəticələndi. Bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları əhatə edən 20 faiz torpağı "atan kazaklar"ların çox illik fəaliyyətinin nəticəsində işğal olunub.

Başqa bir örnək kimi indiki Ermənistandan, Qərbi Azərbaycandan azərbaycanlıların qovulmasını və o hadisələrin ardınca Sumqayıtda baş verənləri göstərmək olar. Bütün bunların təşkilatçısının keçmiş SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsi olduğu artıq təsdiqlənib.

Hətta, Dağlıq Qarabağ münaqişəsinin milli zəmində baş verdiyini iddia edənlər də var.
Bu baxımdan Türkiyədə də bu sayaq əməllərin ideoloqlarının "kazaklar", "beşinci koloniya", "ingilis barmağı" olması ehtimalı az deyil. Çünki bu qüvvələr bir əsrdən artıqdır Türkiyəni yalnız parçalamaq deyil, məhv etmək niyyətlərindən əl çəkməyiblər. Kimi İstanbulda çəkmələrini yumaq istəyir, kimi Türkiyənin bu şəhərində dini mərkəz yaratmaq, kimi bu ərazini özünə qatmaq iddiasındadır və s. Bu məqsədlə çeşidli saxta tarixlər də yazılıb.

Ona görə də Türkiyədə milli zəmində qarşıdurma yaratmaq istəyənlərin əsas hədəfi aşağıdakılardır:
- vətəndaşların biri-birinə və dövlətə etibarını, inamını zəiflətmək;
- cəmiyyətin terrora və xaricdən olan başqa mənfi təsirlərə qarşı müqavimətini azaltmaq;
- vətəndaş qarşıdurması yaratmaq;
- ölkəni küçə savaşlarına sürükləmək;
- Türkiyənin dünyadakı nüfuzuna zərbə vurmaq;
- ölkəni iqtisadi, o cümlədən xarici sərmayənin qoyulması baxımından riskli dövlətlər siyahısına daxil edilməsinə nail olmaq;
- vətəndaşların ölkə iqtisadiyyatına qoyduğu sərmayənin xaricə çıxarılmasını təmin etmək;
- Xarici iş adamlarının ölkəyə qoyduqları sərmayənin geri çəkilməsinə nail olmaq;
-Türkiyənin ərazi bütövlüyünü pozmaq və s.

Bu baxımdan adsız və orta barmaqlarını baş barmaqla birləşdirib, bozqurdun başının simvolunu göstərənlərin heç də hamısı nələrin baş verdiyini alınmır. Bu işarə boz qurd başından başqa əllərini o formada yuxarı qaldıranlardan bəzilərində donuz, kimi də ayı, digərlərində tülkü, kim də çaqqal başına oxşayır. Bu elə Türkiyədə vətəndaş qarşıdurması yaratmaq istəyənlərin bağlı olduğu mərkəzlərə də bir işarə ola bilər. Boz qurdun başı simvol kimi göstərməklə o əqidənin daşıyıcısı olmurlar, axı?!

Sədrəddin İsmayılov
Report.az