Konsey yaranmamış dağıldı- İTTİHAM

Qurum gizli çevrələrlə əlaqədə günahlandırılır



Uluslarası Güney Azərbaycan Türkləri Konseyində təmsil olunan Oğuzlar qrupu qurumdan istefa verib. Oğuzlar qrupunun İşveç təmsilçisi Aydın Tağıoğlunun yaydığı
bəyanatda bildirilir ki, siyasi gündəmə İran rejiminin də böyük təpkilər verməsi ilə daxil olan UGATK qruplaşma, tərəfləşmə, müəyyən gizli çevrələrlə əlaqələrin qurbanı olur: "Konsey ikiyə bölünmüş durumda, qarşılıqlı çamur atma, qaralama, ləkələmə və heç bir sağlam çalışma ortamı olmayan quruma çevrilib".

Oğuzlar qrupu Güney Azərbaycanda gedən Milli Hərəkat üçün canlarını fəda edən, işgəncələrə məruz qalan, basqı və təhdidlərə baxmayaraq, öz haqq yolundan bir addım belə olsun geri durmayan çalışqanlarımızın əməyinin mənimsənilməsinə izn verməyəcəyini bəyan edib:

"UGATK-də ürəyi Güney Azərbaycan sevdası ilə döyünən, bu davaya əmək verən soydaşlarımızın milli duyğularından istifadə edilməsi yolunda işlər görüldüyünü bəyan edirik". Qrup Konseyin Güney Azərbaycan Milli Hərəkatına dəstək ola bilməyəcəyini vurğulayaraq qurumdan çıxdığını bəyan edib.

Elnarə Əlosmanqızı
AzNews.az