- Köhnə - Siyasət
- 15 Sentyabr 2015 23:12
- 2 175
Türkiyənin xarici işlər naziri Azərbaycana gəldi
Türkiyə müvəqqəti hökumətinin xarici işlər naziri Firudin Sinirlioğlu Azərbaycana səfərə gəlib.
AzNews.az Report-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında naziri Azərbaycanın rəsmi şəxsləri qarşılayıblar.
F.Sinirlioğlu səfər zamanı Şəhidlər və Fəxri xiyabanı, həmçinin türk şəhidlərinin abidəsini ziyarət edəcək. O daha sonra Azərbaycan prezidenti İlham Əliyev, həmçinin xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək.
Türkiyənin XİN başçısı Bakıda ikitərəfli münasibətlərin perspektivlərini, regional və dünyada baş verən hadisələri müzakirə edəcək.