AXCP-dən Sərdar Cəlaloğluna ittiham – Seçkidən imtina məsələsi

Xəbər verdiyimiz kimi, Azərbaycan Demokrat Partiyası (ADP) noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak etməkdən imtina edib.



Qərar bu gün Partiyanın Ali Məclisinin rəyasət heyətinin iclasında qəbul olunub. Digər siyasi partiyalar isə ADP-nin bu qərarını şərh etməkdə gecikməyib.

Müsavat Partiyasının başqan müavini, Divan üzvü Səxavət Soltanlı AzNews.az-a açıqlamasında bildirib ki, hər bir siyası partiya və təşkilat parlament seçkilərində iştirak edib-etməməsi ilə bağlı verdiyi qərarda sərbəstdir: "Azərbaycan Demokrat Partiyası, eləcə də hər bir təşkilat verdiyi qərarlarda sərbəstdir. İndiki halda prosesdə iştirak etmək, mübarizə aparmaq doğru olardı".

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Həsən Kərimov hesab edir ki, ADP -nin hakimiyyətlə sövdələşməsi alınmadığından S.Cəlaloğlu bu addımı atmaq məcburiyyətində qalıb: "Görünür, Sərdar Cəlaloğlunun sövdələşməsi baş tutmayıb. Ona görə imtina edib".

Bahar RÜSTƏMLİ
AzNews.az