Ötən gün nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədovun deputat seçildiyi 91 saylı Ucar seçki dairəsindən namizədliyini irəli sürülmüş Vüsal Hüseynov barədə məlumatlar dərc etmişdik. Ötən gün nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədovun deputat seçildiyi 91 saylı Ucar seçki dairəsindən namizədliyini irəli sürülmüş Vüsal Hüseynov barədə məlumatlar dərc etmişdik.

Harvard məzunu Elton Məmmədovun yerinə namizəd oldu - Foto

Ötən gün nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədovun deputat seçildiyi 91 saylı Ucar seçki dairəsindən namizədliyini irəli sürülmüş Vüsal Hüseynov barədə məlumatlar dərc etmişdik.


Bildirmişdik ki, Vüsal Hüseynov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisidir. O, eyni zamanda Prezident Administrasiyasının tərkibində fəaliyyət göstərən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibidir.

"Qafqazinfo" isə Vüsal Hüseynovla bağlı maraqlı məlumat edib. Məlum olub ki, YAP-ın gənc namizədi Harvard universitetinin məzunudur. O, eyni zamanda BDU-nun Hüquq Fakültəsini bitirib.

Qeyd edək ki, Vüsal Hüseynov Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) təşkilatında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

Bu arada məlumat üçün bildirək ki, hazırda sözügedən dairədən deputat Nəqliyyat naziri Ziya Məmədovun qardaşı Elton Məmmədovdur. E.Məmmədov isə seçkilərə namizədliyini irəli sürməyib.