Onlar rus dilindən imtahan verməli olacaqlar Onlar rus dilindən imtahan verməli olacaqlar

Rusiyaya işləməyə gedənlərə yeni tələb

Onlar rus dilindən imtahan verməli olacaqlar



Bu gün Rusiya Dövlət Duması ölkəyə gələn əmək miqrantlarının rus dilindən imtahan verməsini nəzərdə tutan qanun layihəsini ikinci oxunuşda müzakirəyə çıxaracaq.

Ticarət, xidmət və digər sahələrdə çalışanlara tətbiq olunacaq yeni qanun layihəsinin müəllifləri belə hesab edir ki, əcnəbilər rus dilini ən azı baza səviyyəsində bilməlidirlər. Qanun layihəsinə görə, miqrantlar rus dili biliyini rəsmi sənədlərlə təsdiqləmək məcburiyyətindədirlər.

Elnarə Əlosmanqızı
AzNews.az