Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Rüfət Quliyev noyabrın 1-də keçiriləcək parlament seçkisində iştirak etmək üçün namizədliyini yenidən irəli sürüb. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Rüfət Quliyev noyabrın 1-də keçiriləcək parlament seçkisində iştirak etmək üçün namizədliyini yenidən irəli sürüb.

Millət vəkili: “Yenidən deputat seçilmək şansım yüksəkdir”

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Rüfət Quliyev noyabrın 1-də keçiriləcək parlament seçkisində iştirak etmək üçün namizədliyini yenidən irəli sürüb.


Bu barədə AzNews.az-a deputatın özü məlumat verib. Bildirib ki, seçki ilə bağlı sənədlərini artıq seçki dairə komissiyasına təqdim edib: "Namizədliyimi bitərəf olaraq 73 saylı Lənkəran seçki dairəsindən irəli sürmüşəm. Artıq 2-3 gündür imzatoplama kampaniyasına da start vermişik. Ola bilsin ki, kampaniya ya bu gün, ya da sabah qurtarsın. Hazırda mənim vəkillərim də bu işlə məşğuldur. Özüm də Lənkərandan bu gün gəlmişəm".

Rüfət Quliyev builki seçkidə də qalib gələcəyinə də inandığını deyib: "Mən öz şanslarımı yüksək qiymətləndirirəm. Çünki mən deputat olduğum 5 il ərzində yüksək səviyyədə çalışmışam. Ən azı ayda 1 və ya 2 dəfə seçicilərimlə görüşmüşəm. Hesab edirəm ki, bu səbəbdən şansım yüksək olacaq".

Qeyd edək ki, Rüfət Quliyev 2010-cu ildə Milli Məclisə keçirilən seçkiyə bitərəf olaraq 73 saylı Lənkəran seçki dairəsindən qatılıb və qalib olub.

Sevinc Yasinqızı
AzNews.az