Rusiya Dövlət Dumasında “Müasir şərtlərdə Rusiya ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyətin iqtisadi və maliyyə aspektləri” mövzusunda dəyirmi masa keçirilib. Rusiya Dövlət Dumasında “Müasir şərtlərdə Rusiya ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyətin iqtisadi və maliyyə aspektləri” mövzusunda dəyirmi masa keçirilib.

“Avropa parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qətnamə ədalətsizdir“

Rusiya Dövlət Dumasında “Müasir şərtlərdə Rusiya ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyətin iqtisadi və maliyyə aspektləri” mövzusunda dəyirmi masa keçirilib.


AzNews.az-ın APA-ya istinadən məlumata görə, Rusiya-Azərbaycan Dostluq Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rusiya və Azərbaycana qarşı Avropanın təhdid siyasəti kəskin tənqid edilib.

Dəyirmi masanın sədri qismində çıxış edən Dövlət Dumasının Maliyyə bazarları ilə iş üzrə komitəsinin sədr müavini, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev iki ölkənin strateji müttəfiq olduğunu bildirib. O, tədbirin keçirilməsində əsas məqsədin Rusiya-Azərbaycan çoxtərəfli əməkdaşlığının inkişafı üçün səylərin birləşdirilməsi olduğunu söyləyib: "Strateji müttəfiqlik maliyyə və iqtisadi münasibətlərimizdə vacib amildir. Düzdür, Azərbaycan Rusiya ilə ticarət mübadiləsində MDB ölkələri arasında beşinci yeri tutur. Əminəm ki, yaxın gələcəkdə Rusiya ilə ticarət dövriyyəsində Azərbaycanın MDB ölkələri arasında lider dövlətə çevriləcək".

Dmitri Savelyev Azərbaycan-Rusiya arasında kənd təsərrüfatı sahəsində mübadilənin həcminin 300 milyon ABŞ dolları təşkil etdiyini söyləyib: Rusiyadan Azərbaycana idxal bu il 25 faiz artaraq 867 milyon dollar təşkil edib. Rusiyanın 71 subyekti Azərbaycanla ikitərəfli müqavilə əsasında fəaliyyət göstərir. Rusiya Azərbaycana 1, 8 mlrd, Azərbaycan isə Rusiyaya 1 mlrd ABŞ dolları sərmayə qoyub".

Azərbaycan və Rusiyaya qarşı Avropanın təhdid siyasəti dəyirmi masanın mövzusu olub. Rusiyalı parlamentari, dumanın "Ədalətli Rusiya" fraksiyasından olan deputatı Tatyana Maskalkova avropalı siyasətçiləri mənəviyyatsızlıqda günahlandırıb: "Rusiya-Azərbaycan arasında olan münasibətlər bu gün yüksək səviyyədədir. Bu münasibətlərin bu səviyyədə olmasında Azərbaycan prezidenti İlham Əliyevin xidmətləri çox böyükdür. Avropa parlamentinin Azərbaycana haqqında qəbul etdiyi qətnamə hüquqi cəhətdən əsassız, mənəvi cəhətdən isə ədalətsizdir. Bu, bir daha onu təsdiq edir ki, Avropada insan hüquqları institutu yerində çabalayır. Rusiya belə qətnamələri sağlam məntiqə və hüquqi normalara zidd hesab edir".

Tədbirdə iştirak edən deputatlar, ekspertlər, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri Rusiya-Azərbaycanın qarşılıqlı əməkdaşlığının aktual məsələləri ilə yanaşı Rusiyada Azərbaycan barədə həqiqətlərin yayılması yollarını da müzakirə ediblər.