- Köhnə - Siyasət
- 23 Sentyabr 2015 10:49
- 2 857
Milli Məclisin spikeri də qeydə alındı
Milli Məclisin sədri Oqtay Əsədovun noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi rəsmən qeydə alınıb.
AzNews.az Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən xəbər verir ki, YAP-ın namizədi olan Oqtay Əsədov 45 saylı Abşeron seçki dairəsindən qeydə alınıb.
Qeyd edək ki, O, 2005-ci ildən parlamentin sədridir. Milli Məclisin sədri hazırda parlamentdə 8 saylı Binəqədi birinci seçki dairəsini təmsil edir.
Sevinc Yasinqızı
AzNews.az