Xalq artisti, deputat Zeynəb Xanlarovanın noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi rəsmən qeydə alınıb. Xalq artisti, deputat Zeynəb Xanlarovanın noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi rəsmən qeydə alınıb.

Zeynəb Xanlarovanın namizədliyi qeydə alındı

Xalq artisti, deputat Zeynəb Xanlarovanın noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi rəsmən qeydə alınıb.


AzNews.az Mərkəzi Seçki Komissiyasının saytına istinadən xəbər verir ki, bitərəf olan Zeynəb Xanlarova 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən növbəti dəfə qeydə alınıb.

Qeyd edək ki, Zeynəb Xanlarova Azərbaycan SSR Ali Sovetinin XI-XII çağırış deputatı olub. 1995-ci ilin noyabrında Milli Məclisə keçirilən seçkilərdə 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən deputat seçilən xalq artisti o vaxtdan indiyədək parlamentin üzvüdür. O, 1995, 2000, 2005 və 2010-ci il deputat seçkilərində iştirak edərək qalib olub.

Onu da bildirək ki, hakim Yeni Azərbaycan Partiyası 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən namizəd irəli sürməyib.

Sevinc Yasinqızı
AzNews.az