“Sosial siyasətimizin mahiyyətində insan faktoru dayanır” “Sosial siyasətimizin mahiyyətində insan faktoru dayanır”

Avropa yönümlü sosial xətt

“Sosial siyasətimizin mahiyyətində insan faktoru dayanır”


Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli son illər ərzində çox ciddi sosial tədbirlərin həyata keçirildiyini bildirib. O, Azərbaycanda sosial müdafiə sisteminin əsaslı şəkildə təkmilləşdirildiyini qeyd edib: "Eyni zamanda, sosial sığortanın həmrəylik prinsipindən fərdi uçot prinsipinə keçilib, sosial müdafiədə ünvanlılığa üstünlük verilib. Bütün bunlar bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət quruculuğu siyasəti modernləşməyə istiqamətlənib".

Onun sözlərinə görə, bu sosial xətt Avropaya inteqrasiya yönümlüdür və mahiyyətində insan faktoru dayanır. H.Rəcəbli onu da bildirib ki, son illər sosial müdafiəyə ayrılan dövlət büdcəsinin həcminin artırılması da önəmli faktordur: "Prezident İlham Əliyev mütəmadi olaraq ölkəmizin bölgələrinə səfər edir və yeni-yeni müəssisələrin, təhsil və səhiyyə ocaqlarının açılışında iştirak edir. Bütün bunlar isə yeni iş yerlərinin açılması deməkdir. Təbii ki, Azərbaycan parlamenti sosial sahədə qanunları təkmilləşdirməklə bu yöndə hüquqi bazanı daha da gücləndirir".

Gültəkin Qəhrəmanlı
AzNews.az