Bəxtiyar Sadıqov istefa verdi

“Azərbaycan” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Bəxtiyar Sadıqov baş redaktorluqdan istefa verib.
Bunu AzNews.az-a açıqlamasında Bəxtiyar Sadıqov deyib. O bildirib ki, partiyanın təbliğat-təşviqat qrupuna rəhbərlik etdiyi üçün istefa verib: "Seçki Məcəlləsinə görə, deputatlığa namizəd qəzet rəhbərləri təbliğat-təşviqat dövründə vəzifələrini dayandırmalıdır. Çünki digər namizədlərə nisbətən mən üstünlük qazana bilmərəm. Bu arqumentdən Seçki Məcəlləsinə belə bir bənd salınıb. Ona görə də oktyabrın 6-dan mən öz hesabıma məzuniyyət götürmüşəm. Yəni baş redaktorluqdan istefa vermişəm".

Bəxtiyar Sadıqov qeyd edib ki, oktyabrın 6-dan qəzetə baş redaktorluğu I müavini Amil Novruzov edir.

Sevinc Yasinqızı