Türkiyə yeni müdafiə sistemini yaradır

Türkiyə öz qırıcı təyyarələrinin xarici istehsalçıların nəzarətindən müdafiə sistemini yaradır. Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, sistem xaricdən alınmış qırıcıların, eləcə də F-16-nın elektron çipinin yaradılmasını nəzərdə tutur.

Bu çip təyyarələrin xarici istehsalçıların nəzarəti altına düşməsinin qarşısını alır, eləcə də onların uçuşlarına təsir etməyə imkan vermir. Türkiyə hökuməti bu layihəyə ilk mərhələdə 5 milyon lirə ayırıb.

AzNews.az