“Bu məsələdə Eldar Həsənovun adının hallanması gülüncdür” “Bu məsələdə Eldar Həsənovun adının hallanması gülüncdür”

YAP rəsmisi: “Elşad Abdullayev əlindəki bütün videoları yayıb”

“Bu məsələdə Eldar Həsənovun adının hallanması gülüncdür”



"Elşad Abdullayevin yenə hansısa açıqlaması olacaqsa, onunla müvafiq qurumlar məşğul olacaq". Bu sözləri AzNews.az-a açıqlamsında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.

O bildirib ki, E.Abdullayevin hər açıqlamasının arxasınca düşüb hansısa bir formada sensassiya yaradacaq səviyyəyə qaldırmaq fikrində deyil: "Abdullayevin açıqlamaları önəmli sayılmır, sayıla da bilməz. Əgər açıqlama olacaqsa, hüquq mühafizə orqanları bununla məşğul olacaq. Elşadın adı altında bu və ya digər videomateriallarla kimlərsə siyasi şou yaratmağa çalışır".

M.Qurbanlı hesab edir ki, Abdullayev əlindəki videoları, artıq yayıb: "Bundan artıq yaymaq iqtidarında deyil. Əgər hər hansı bir material varsa, bu, sadəcə dedi-qodu yaradacaq, məişət səviyyəli hadisələrlə özünü təsdiqləyəcək.

Hakimiyyət Azərbaycan xalqına arxalanır. Prezident İlham Əliyevin siyasətini də xalq dəstəkləyir. Ona görə də hər hansı baş verən hadisədən geri çəkilmərik".
YAP funksioneri onu da qeyd edib ki, Elşad Abdullayevlə bağlı məsələdə Eldar Həsənovun adının hallanması gülüncdür.

İlkin Pirəli
AzNews.az