Son qərar yaxın günlərdə açıqlanacaq Son qərar yaxın günlərdə açıqlanacaq

Gülər Əhmədova “Mərkəz“i bağlayır

Son qərar yaxın günlərdə açıqlanacaq



Gülər Əhmədovaya məxsus "Mərkəz" qəzeti və merkez.az saytında işçilərin maaşlarının gecikdirilməsi barədə medianın dərc etdiyi xəbərdən sonra dünən sabiq deputat redaksiyanın yerləşdiyi Hökumət Evinə gəlib.

Modern.az saytının xəbərinə görə, Gülər Əhmədova əməkdaşların gecikən əməkhaqlarının cüzi bir hissəsini ödəyib. Daha sonra o, işçilərə bildirib ki, növbəti həftənin əvvəlində yenidən işə gələrək, "Mərkəz" qəzeti ilə bağlı son qərarını açıqlayacaq. Eks-millət vəkili bildirib ki, bu qərar sözügedən nəşrin ya bağlanacağı, ya da fəaliyyətinə davam edəcəyilə bağlı olacaq.

Məlumatı "Mərkəz"in əməkdaşları da təsdiqləyiblər. Buna baxmayaraq, əməkdaşların bir çoxu artıq indidən yeni iş yeri axtarmağa başlayıblar. Qeyd edək ki. Respublika Uşaq Təşkilatını sədri olan Gülər Əhmədova həm də "Mərkəz" qəzeti və merkez.az saytının baş redaktorudur. Bu təşkilatlar hazırda Hökumət Evində yerləşir.

AzNews.az