- Köhnə - Siyasət
- 25 Oktyabr 2012 06:55
- 3 263
Vilayət Eyvazov hesabat verəcək
Bu barədə AzNews.az-a açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. Onun sözlərinə görə, noyabrın 2-də keçiriləcək Milli Məclisin növbəti plenar iclasında nazir V.Eyvazov millət vəkilləri qarşısında hesabat verəcək.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 6 may 2004-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" təsdiq edilib.
Milli Fəaliyyət Planıına əsasən, Azərbaycan Respublikası İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə məsul şəxs - Milli Koordinator təyin edilib və Daxili İşlər Nazirliyində "İnsan Alverinə qarşı Mübarizə idarəsi" yaradılıb.
Vasif Həsənli
AzNews.az